Türkiyə XİN başçısı Rusiya və ABŞ-a rəsmi səfər edəcək

Türkiyə XİN başçısı Rusiya və ABŞ-a rəsmi səfər edəcək Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcək
Region
6 Mart , 2018 12:32
Türkiyə XİN başçısı Rusiya və ABŞ-a rəsmi səfər edəcək
Mövlud Çavuşoğlu

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 12-də Rusiyaya üçgünlük rəsmi səfər edəcək.

“Report” "Reuters" istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy məbuat konfransında bildirib.

“Türkiyə Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Bizim xarici işlər naziri martın 12-14-də Moskvaya rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında yüksək səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olunacaq”, - o vurğulayıb. 

H.Aksoy həmçinin Mövlud Çavuşoğlunun martın 14-də ABŞ-a rəsmi səfərə gedəcəyini də söyləyib: "Türkiyə XİN başçısı martın 18-də ABŞ dövlət katibi Reks Tillersonla görüşəcək".

Sözçü deyib ki, martın 8-9-da Türkiyə və ABŞ nümayəndələri arasında Birləşmiş Ştatların Suriyada terrorçu PKK/YPG-PYD-yə silah-sursat və hərbi texnika verməsi məsələsi müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi