Türkiyə XİN başçısı Qırğızıstanı Fətullah Gülənə olan münasibəti dəyişməyə çağırıb

Türkiyə XİN başçısı Qırğızıstanı Fətullah Gülənə olan münasibəti dəyişməyə çağırıb Çavuşoğlu: "Qırğızıstan Gülən qruplaşmasının çox güclü olduğu yerlərdən biridir"
Region
25 İyul , 2016 10:34
Türkiyə XİN başçısı Qırğızıstanı Fətullah Gülənə olan münasibəti dəyişməyə çağırıb

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan XİN başçısı Erlan Abdıldayevə zəng edərək Fətullah Gülən terror qruplaşmasının (FETÖ) rəhbərinə qarşı olan münasibətin dəyişdirilməsini xahiş edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl M.Çavuşoğlu Alanyada demokratiyaya dəstək mitinqi zamanı Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Azərbaycan kimi bəzi ölkələrin F.Gülənə qarşı müəyyən addımlar atmağa başladığını vurğulamışdı.

"Qırğızıstan Gülən qruplaşmasının çox güclü olduğu yerlərdən biridir. Mən qırğız qardaşıma bildirdim ki, onlar FETÖ-çülərə qarşı addımlar atmasa, biz məsələyə baxış tərzimizi dəyişəcəyik. Qardaşlarımızdan dövlət çevrilişinə cəhdin arxasında duranları qorumayacaqlarını gözləyirik", - deyə o bildirib.

KİV-in məlumatına görə, Qırğızıstanda F.Gülən məktəbləri "Sebat" markası altında fəaliyyət göstərir. Bu şəbəkəyə ölkə üzrə çoxsaylı məktəb və liseylər daxildir.

Son xəbərlər

Orphus sistemi