Yuxarı
    Bağlamaq

    Türkiyə XİN başçısı İrana səfər edib

    Nazir Tehrandan Hindistana yola düşüb

    Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 18-də birgünlük İrana səfərə gedib.

    "Report" "Haberturk"ə istinadən xəbər verir ki, nazir Tehrandan Hindistana yola düşüb.

    Məlumata görə, M.Çavuşoğlu İrandakı görüşlərində Suriya problemi başda olmaqla regional məsələləri müzakirə edib.

    Xatırladaq ki, İranın "Fars" agentliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Tehrana səfər edəcəyi haqda məlumat yaymışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi