Türkiyə XİN başçısı Hindistana rəsmi səfərə gedib

Türkiyə XİN başçısı Hindistana rəsmi səfərə gedib O, hindistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirəcək
Region
18 Avqust , 2016 14:27
Türkiyə XİN başçısı Hindistana rəsmi səfərə gedib

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana rəsmi səfərə gedib.

"Report" Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər verir ki, M.Çavuşoğlu səfər zamanı hindistanlı həmkarı Suşma Svarac və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sazişlər imzalanacaq, eləcə də qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi