Yuxarı

Türkiyə XİN başçısı: "Fırat kalkanı" davam edəcək"

Mövlud Çavuşoğlu: Rejimi dəstəkləyənlərin Suriya Azadlıq Ordusuna hücumu bu əməliyyatın qarşısını ala bilməz

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Fırat kalkanı" əməliyyatı Suriyanın əl-Bab bölgəsi terrorçulardan azad olunanadək davam edəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu sudanlı həmkarı İbrahim Əhməd Əbdüləziz Gandurla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparanlar Suriyadakı rejim (Bəşşar Əsəd hakimiyyətini nəzərdə tutur - "Report") və ona bağlı güclərin hücumuna məruz qalır. Buradan isə rejim və onu dəstəkləyənlərin məqsədləri açıqca görünür. Onların Suriya Azadlıq Ordusuna hücumu "Fırat kalkanı" əməliyyatını dayandıra bilməz. Bu hərəkat əl-Babda gedənədək davam edəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində 2 döyüşçü ölüb, 21-i isə yaralanıb, 7 avtomobil yararsız hala düşüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi