​Türkiyə XİN başçısı: "Bu, ikili standartdır, ikiüzlülükdür"

​Türkiyə XİN başçısı: "Bu, ikili standartdır, ikiüzlülükdür" Mövlud Çavuşoğlu: "ABŞ əsgərlərinin geyimlərinə terrorçuların rəmzini taxmaları qəbuledilməzdir"
Region
27 May , 2016 14:40
​Türkiyə XİN başçısı: Bu, ikili standartdır, ikiüzlülükdür

Bakı. 27 may. REPORT.AZ/ "Müttəfiqimiz olan bir ölkənin əsgərlərinin uniformalarında "YPG"-nin rəmzinin olması qəbuledilməzdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Rakka şəhərinin terrorçulardan azad edilməsi əməliyyatında iştirak edən ABŞ əsgərlərinin formasında terrorçu "YPG"nin rəmzlərinin olmasına münasibət bildirərəkən deyib.

XİN başçısı qeyd edib ki, rəsmi Ankara diplomatik yollarla məsələyə sərt etiraz edib: "Biz bununla bağlı təzyiqimizi göstərdik. Bunu qəbul etmək mümkün deyil. Bu ikili standartdır, ikiüzlülükdür. Terrorçuluğa qarşı mübarizədə çox iddialı olan bir ölkənin, müttəfiqimizin, ABŞ kimi dövlətin əsgərlərinin bir terror qruplaşmasının rəmzindən isifadə etməsi qəbuledilməzdir. Onlara məsləhət görədik ki, Suriyanın başqa bölgələrinə gedərkən geydikləri uniformaya İŞİD-in, "Əl-Nusra"-nın, "Əl-Qaidə"nin, Afrikaya gedərkən isə "Boko Haram"ın rəmzlərini taxsınlar". 

Qeyd edək ki, YPG" terrorçu PKK-nın Suriyadakı qollarından biridir. 

Son xəbərlər

Orphus sistemi