Türkiyə XİN başçısı: “Afrindəki terrorçular narkotik həbdən istifadə edirlər”

Türkiyə XİN başçısı: “Afrindəki terrorçular narkotik həbdən istifadə edirlər” Türkiyə hərbçiləri Burseyanı terrorçulardan təmizləyərkən ərazidən narkotik həblər aşkarlanaraq götürülüb
Region
29 Yanvar , 2018 13:47
Türkiyə XİN başçısı: “Afrindəki terrorçular narkotik həbdən istifadə edirlər”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report

Bakı. 29 yanvar. REPORT.AZ/ “Bu gün Burseya dağını azad edən qəhrəman ordumuz çox yaxın zamanda bütün Afrini xaşxaşilərdən təmizləyəcək”.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində bildirib.

Nazir terrorçu PKK qruplaşmasının Suriyadakı YPG adlı qolunun üzvlərinin Afrində narkotik tərkibli həbdən istifadə ediklərini də yazıb.

Türkiyə hərbçiləri Burseyanı terrorçulardan təmizləyərkən ərazidən narkotik həblər aşkarlanaraq götürülüb. Həmin həblərin fotosunu Mövlud Çavuşoğlu paylaşıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-dən Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatını keçirir. 

Son xəbərlər

Orphus sistemi