Türkiyə XİN: Azov dənizində baş verən hadisədən narahatıq

Türkiyə XİN: Azov dənizində baş verən hadisədən narahatıq Bakı. 26 noyabr. REPORT.AZ/ “Azov dənizində baş verən hadisədən narahatıq”.
Region
26 Noyabr , 2018 12:02
Türkiyə XİN: Azov dənizində baş verən hadisədən narahatıq
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ “Azov dənizində baş verən hadisədən narahatıq”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması ilə bağlı yaydığı açıqlamada bildirilib.

Nazirlikdən qeyd olunub ki, rəsmi Ankara Azov dənizi və Kerç boğazında baş verən hadisələri və gərginliyin artmasını izləyir: “Bu fonda Ukraynaya aid gəmilərə atəş açılması nəticəsində yaralıların olması barədə yayılan xəbəri narahatlıqla qarşılayırıq. Qara dənizsahili ölkələrindən biri olaraq, Kerç boğazından giriş və çıxışlara maneələr yaradılmamasının vacibliyini vurğulayırıq. Regional sülh və sabitliyə təhlükə yarada biləcək istənilən addımların atılmasından çəkinməyə, beynəlxalq hüquqa hörmət etməyə, gərginliyi atırmamağa çağırırıq”, - XİN-Nin bəyanatında vurğulanıb. 

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb

Son xəbərlər

Orphus sistemi