Yuxarı
    Bağlamaq

    Türkiyə Xarici İşlər Nazirliyinin 300-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

    Onlardan 122 nəfəri xarici siyasət idarəsindən xaric edilib

    Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyində 300-dən çox əməkdaş vəzifəsindən kənarlaşdırılıb. 

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, hazırda onlardan 122 nəfəri Türkiyə XİN-dən xaric edilib: "Bunlardan 88 nəfəri xarici siyasət idarəmizdə çalışırdı və onların arasında 2 səfir var idi. Bundan başqa, ötən il 34 nəfəri Türkiyə Nazirlər Kabineti və digər dövlət qurumlarında işləməyə göndərmişdik. İndi onların XİN-lə əlaqəsi tamamilə kəsilib. Bu say qarşıdakı günlərdə daha da artacaq. Hətta 2-3 səfir sistemdən xaric edilə bilər və onlardan biri dəqiqləşdirilib". 

    Nazir Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlunun da Fətullahçı terror təşkilatı (FETÖ) əlaqəsi olmadığını söyləyib: "Mən Feridun Sinirlioğlu ilə iki ildir çalışıram. Onun tamamilə FETÖ-ya qarşı olduğunu bilirəm". 

    Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra dövlət müəssisələrində çalışan 66 036 nəfər vəzifəsindən kənarlaşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi