Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib

Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib Mövlud Çavuşoğlu: "Türkiyənin Kazandakı baş konsulluğunun bir əməkdaşı Yaponiyaya qaçıb"
Region
28 İyul , 2016 13:11
Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyindən 88 nəfər xaric edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılanlardan ikisi səfirdir. 

M.Çavuşoğlu, həmçinin deyib ki, Türkiyənin Kazandakı baş konsulluğunun bir əməkdaşı Yaponiyaya qaçıb. 

Nazir Türkiyə XİN-də təmizləmələrin davam edəcəyini də söyləyib: "Qarşıdakı günlərdə yenə də nazirlikdən xaric ediləcək əməkdaşlar olacaq. Hazırda bir neçə səfirlə bağlı araşdırma aparılır".  

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində indiyədək dövlət və özəl müəssisələrdə çalışan 50 mindən çox işçi vəzifəsindən kənarlaşdırılıb.  

Son xəbərlər

Orphus sistemi