Yuxarı
    Bağlamaq

    Türkiyə və Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları 16 qaçqın meyitini sudan çıxarıb

    Bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir

    Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahilləri yaxınlığında qaçqınları daşıyan qayığın batması nəticəsində ölən 16 nəfərin meyiti aşkarlanaraq sudan çıxarılıb.

    “Report” İHA-ya istinadən xəbər verir ki, iki qaçqın sağ olaraq, xilas edilib. Onlar qayıqda 20-25 nəfərin olduğunu bildiriblər.

    Məlumata görə, Türkiyə sularında batan qaçqınlardan 7-nin Türkiyə Sahil Mühafizə xidmətinin əməkdaşları, Yunanıstan tərəfdəki sularda batan 9 nəfəri isə yunanlar xilas ediblər.

    İnformasiyaya əsasən, bölgədə axtarış xilasetmə əməliyyatı davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi