Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.
Region
28 Noyabr , 2018 15:59
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, dövlət başçıları Kerç boğazında baş vermiş hadisədən sonra Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyəti müzakirə ediblər.

Türkiyə Prezidenti mövcud problemlərin diplomatik yolla həllinin vacibliyini və əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu gün Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə də telefonda bu mövzunu müzakirə edib.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Son xəbərlər

Orphus sistemi