Türkiyə və Səudiyyə Ərəbistanının istintaq qrupları krallığın İstanbuldakı Baş Konsulluğunu tərk ediblər - YENİLƏNİB

Türkiyə və Səudiyyə Ərəbistanının istintaq qrupları krallığın İstanbuldakı Baş Konsulluğunu tərk ediblər - YENİLƏNİB "Al Jazeera": Türkiyə tərəfi Qaşıqçının ölümünə dair dəlil tapıb
Region
16 Oktyabr , 2018 09:47
Türkiyə və Səudiyyə Ərəbistanının istintaq qrupları krallığın İstanbuldakı Baş Konsulluğunu tərk ediblər - YENİLƏNİB

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qrupları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü ehtimal edilən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunu tərk ediblər.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Qeyd olunur ki, təxminən, 10 nəfərdən ibarət olan və güman edilən cinayətin törədildiyi yerdə 9 saat araşdırma aparan Türkiyənin müstəntiqlər qrupu binanı səudiyyəli müstəntiqlərdən əvvəl tərk edib. Səudiyyəli mütəxəssislər komandasının tərkibi və onların konsulluqda nə qədər qaldığı barədə məlumat verilmir.

Daha əvvəl "Al Jazeera" telekanalı rəsmi mənbəyə istinadən Türkiyə tərəfinin C.Qaşıqçının ölümünə dair dəlil tapdığını bildirib. Mənbənin məlumatına əsasən, Baş Prokurorluq jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülməsini göstərən dəlil tapıb.


***21:31

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyə Ərəbistanının işçi qrupunun üzvləri konsulluğa daxil olub.

Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.

Amerikanın "Washington Post" qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna girdikdən sonra itkin düşüb.

Son xəbərlər

Orphus sistemi