Türkiyə və Rusiya prezidentləri İdliblə bağlı görüləcək işləri razılaşdırıblar

Türkiyə və Rusiya prezidentləri İdliblə bağlı görüləcək işləri razılaşdırıblar Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan G20 sahələrində keçirilən görüş zamanı Suriyanın İdlib vilayəti üzrə razılaşmanı təsdiq ediblər və hərbsizləşdirilmiş zonanın yaradılmasına dair sazişin hörmətini saxlamaq üçün atılacaq gələcək addımları razılaşdırıblar.
Region
3 Dekabr , 2018 00:10
Türkiyə və Rusiya prezidentləri İdliblə bağlı görüləcək işləri razılaşdırıblar

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan G20 sahələrində keçirilən görüş zamanı Suriyanın İdlib vilayəti üzrə razılaşmanı təsdiq ediblər və hərbsizləşdirilmiş zonanın yaradılmasına dair sazişin hörmətini saxlamaq üçün atılacaq gələcək addımları razılaşdırıblar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Qeyd olunub ki, türk həmkarlarımızın fəal, davamlı hərəkətlərinə baxmayaraq, hələ də bütün ekstremistlər iyirmi kilometrlik hərbsizləşdirilmiş zonanı tərk etmək tələbini yerinə yetirməyiblər. Belə hərbsizləşdirilmiş zolaqların yaradılması üzrə razılaşmalara hörmətlə yanaşılması üçün atılacaq gələcək addımlar, həmçinin eyni zamanda ekstremistlərin hamı tərəfindən bəyənilən bu mühüm razılaşmaları pozmaması üçün tədbirlər görmək razılaşdırılıb", - deyə Lavrov bildirib.

Putin və Ərdoğan bundan əvvəl də Suriyadakı vəziyyəti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi