Yuxarı
    Bağlamaq

    Türkiyə və Rusiya prezidentləri görüşmək barədə razılığa gəliblər

    Tərəflər münasibətlərin normallaşması üçün tədbirlər görülməsini razılaşdırıblar

    Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşmək haqqında razılığa gəliblər.

    "Report" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

    İki ölkə lideri arasında olan telefon danışığı zamanı görüş məsələsi müzakirə olunub və razılığa gəlinib.

    İnfromasiyaya görə, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsi haqqında razılıq əldə ediblər.

    Qeyd edək ki, bu gün iki dövlətin başçıları arasında 40 dəqiqəyə yaxın telefon danışığı olub. Danışığın məhsuldar və pozitiv keçidiyi barədə məlumat yayılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi