Türkiyə və Rusiya prezidentləri Çində görüşəcəklər

Türkiyə və Rusiya prezidentləri Çində görüşəcəklər Prezidentin köməkçisi son zamanlar dövlət liderləri arasında intensiv fikir mübadiləsinin olduğunu vurğulayıb
Region
12 May , 2017 17:49
Türkiyə və Rusiya prezidentləri Çində görüşəcəklər

Bakı. 12 may. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-15-də Çinin paytaxtı Pekində keçiriləcək “Bir qütb, bir yol – Böyük İpək Yolu” Forumu çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşə bilər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, V.Putinlə R.T.Ərdoğan bu yaxınlarda telefonla danışıblar. Prezidentin köməkçisi son zamanlar dövlət liderləri arasında intensiv fikir mübadiləsinin olduğunu da vurğulayıb.

Qeyd edək ki, mayın 3-də Rusiya və Türkiyə prezidentləri Soçidə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, Suriyadakı vəziyyət də daxil olmaqla beynəlxalq arenadakı şəraiti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi