Türkiyə və Rusiya prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər Söhbət telefon vasitəsi ilə baş tutub
Region
24 Yanvar , 2018 02:57
Türkiyə və Rusiya prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin çərşənbə axşamı telefon söhbəti ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onlar Suriyadakı vəziyyəti, eləcə də, Afrində aparılan "Zeytun budağı" kod isimli hərbi əməliyyatına toxunublar.

Türkiyə liderinin administrasiyası məlumat yayıb ki, söhbət zamanı Ərdoğan Putinə iki ölkənin Suriyada əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi