Türkiyə və Rusiya hava rabitəsi üzrə danışıqlar aparacaq

Türkiyə və Rusiya hava rabitəsi üzrə danışıqlar aparacaq Tərəflər turistlərin təhlükəsizliyinin təmin edilməsi məsələsini də müzakirə edəcəklər
Region
20 İyul , 2016 17:47
Türkiyə və Rusiya hava rabitəsi üzrə danışıqlar aparacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Rusiya və Türkiyə tərəfi iyulun sonlarında Nəqliyyat Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi səviyyəsində hava rabitəsi və turistlərin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə danışıqlar aparacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Valeri Okulov bildirib.

Xatırladaq ki, Türkiyəyə çarter reysləri 2015-ci ilin noyabr ayında Türkiyə qırıcı təyyarəsinin Suriya-Türkiyə sərhədində Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vurmasından sonra Rusiya və Türkiyə arasında münasibətlərin böhran həddinə çatması səbəbindən qadağan edilib.

Son xəbərlər

Orphus sistemi