Yuxarı

Türkiyə və Rusiya baş nazirləri yaxın zamanda görüşəcək

Görüşün hazırlanması üzrə texniki işlər gedir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə və Rusiya hökumət başçılarının görüşünün yaxın zamanlarda keçiriləcəyini bildirib.

"Report" xəbər verir ki, o, bununla bağlı "Sputnik" agentliyinə müsahibəsində deyib.

"Yaxın zamanda Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüş keçirəcəyik. Biz telefon danışığı zamanı müvafiq qərarları qəbul etmişik. Rusiya ilə əlaqələri inkişaf etdirmək üçün hərtərəfli addımlar atırıq. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Bu, mərhələli prosesdir, hər şeyi bir gündə bərpa etmək mümkün deyil. Ancaq proses gözlədiyimizdən daha sürətli gedir" - B.Yıldırım bildirib.

O, görüşün hazırlanması üzrə texniki işlərin getdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi