Türkiyə və Myanma prezidentləri arasında telefon danışığı olub - ƏLAVƏ OLUNUB

Türkiyə və Myanma prezidentləri arasında telefon danışığı olub - ƏLAVƏ OLUNUB Tərəflər əsasən Arakanda müsəlman-rohingyalıların hüquqlarının pozulması məsələsini müzakirə ediblər
Region
5 Sentyabr , 2017 13:06
Türkiyə və Myanma prezidentləri arasında telefon danışığı olub - ƏLAVƏ OLUNUB

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət başçısı Aun San Su Çjin arasında telefon danışığı olub. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, tərəflər əsasən Arakanda müsəlman-rohingyalıların hüquqlarının pozulması böhranının həlli yollarını və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələsini müzakirə ediblər. 

Türkiyə prezidenti mövcud vəziyyətin İslam ölkələri başda olmaqla bütün dünyada narahatlıq doğurduğunu deyərək ölkəsinin terroru və günahsız vətəndaşları hədəf alan əməliyyatları pislədiyini bildirib. 

R.T.Ərdoğan Myanma dövlət başçısına hadisələrin ciddi humanitar böhrana çevrilməsinin kəskin etiraza səbəb olduğunu da xatırladaraq, Türkiyənin problemin həllinə yönəlik səyləri dəstəklədiyini, bu prosesdə güc tətbiqindən çəkinilməsi və dinc əhalinin zərər görməməsi üçün maksimum həssaslıq göstərilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi