Türkiyə və ABŞ qərargah rəisləri arasında telefon danışığı olub

Türkiyə və ABŞ qərargah rəisləri arasında telefon danışığı olub Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.
Region
2 İyun , 2018 12:56
Türkiyə və ABŞ qərargah rəisləri arasında telefon danışığı olub
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“İki komandan İŞİD-in məğlubiyyəti də daxil olmaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar”, - deyə sözçü vurğulayıb.

O bildirib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir: “İki ölkə arasında hərbi əlaqələr güclüdür”.

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar olacaq. 

Son xəbərlər

Orphus sistemi