Türkiyə və ABŞ prezidentlərinin müzakirə edəcəyi məsələlər məlum olub

Türkiyə və ABŞ prezidentlərinin müzakirə edəcəyi məsələlər məlum olub ABŞ-a səfərim iki ölkə arasındakı əlaqələrin çətin bir mərhələdən keçdiyi dövrə təsadüf edir.
Region
12 Noyabr , 2019 12:18
Türkiyə və ABŞ prezidentlərinin müzakirə edəcəyi məsələlər məlum olub

"ABŞ-a səfərim iki ölkə arasındakı əlaqələrin çətin bir mərhələdən keçdiyi dövrə təsadüf edir".

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampla görüşdə terorçuluqla mübarizə, iqtisadi əlaqələri müzakirə edəcəklər: "Eyni zamanda Fətullahçı Terror Təşkilatı ilə bağlı məsələ də müzakirə edəcəyimiz əsas məsələlərdən biri olacaq. Suriya məsələsini geniş şəkildə müzakirə edəcəyik. Fərhad Abdi Şahinin necə bir qatil, terrorçu olduğunu və belə bir terrorçunu tərəf müqabili kimi qəbul etmələrinin səhv olduğunu sənədlərlə təqdim edəcəyəm.

Eyni zamanda “Barış pınarı” hərəkatı ilə bağlı ABŞ və Türkiyə arasında əldə etdiyimiz razılaşmanın tam olaraq yerinə yetirilmədiyini sənədlərlə Donald Trampa təqdim edəcəyəm".

Son xəbərlər

Orphus sistemi