Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər

Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər Müvafiq razılaşma bazar günü telefon danışığı zamanı əldə olunub
Region
10 Sentyabr , 2017 04:44
Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 72-ci sessiyasında şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

"Report" "Anadolu" nəşrinə istinadəb xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasındakı mənbə məlumat yayıb.

Onun sözlərinə görə, müvafiq razılaşma bazar günü telefon danışığı zamanı əldə olunub.

Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Türkiyə lideri həmçinin iki ölkənin strateji əməkdaşlığı çərçivəsində regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi