Türkiyə və ABŞ prezidentləri görüşəcək

Türkiyə və ABŞ prezidentləri görüşəcək Görüşün nə zaman keçiriləcəyi açıqlanmır
Region
26 İyun , 2018 01:11
Türkiyə və ABŞ prezidentləri görüşəcək

Bakı. 26 iyun. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən gündəlik brifinqdə deyib.

Sanders bildirib ki, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.

"Möhkəm əlaqələrimizin olduğunu bir daha vurğulamaq üçün prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir", - deyə o əlavə edib.

Sanders, görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi