Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub Ölkə başçıları Suriyanın Mənbic şəhərinin terrorçulardan təmizlənməsini müzakirə ediblər
Region
22 Mart , 2018 19:21
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bakı. 22 mart. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

“Prezident amerikalı həmkarı ilə iki dövlət arasındakı münasibətlər və regional məsələlər barəsində müzakirə aparıb”, - deyə Kalın bildirib.

Dövlət başçıları arasında əsas müzakirə mövzusunun Suriyanın Mənbic şəhərinin YPG/PKK terrorçularından təmizlənməsi məsələsinin olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi