Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"Tramp generallara açıq şəkildə göstəriş verib ki, daha YPG-yə silah tədarük olunmayacaq", — deyə nazir əlavə edib.