Yuxarı

Türkiyə və ABŞ-ın müdafiə nazirləri görüşəcəklər

Türkiyə və ABŞ-ın müdafiə nazirləri görüşəcəklər
Gələn həftə baş tutacaq görüşdə Suriydakı vəziyyət müzakirə olunacaq
© Photo: Air Force Staff Sgt. Jette Carr

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-dan olan həmkarı Ceyms Mattsla görüşəcək.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Matts bildirib.

Gələn həftə baş tutacaq görüşdə Suriydakı vəziyyət, o cümlədən ABŞ hərbçilərinin Münbiçdən çıxarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

C.Matts deyib ki, Münbiç məsələsində Türkiyənin etirazları davam edir: “Ancaq indiyədək məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi