Yuxarı

​Türkiyə ukraynalılar üçün öz kurortlarında istirahəti ucuzlaşdırır

İki ölkə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

Bakı. 10 mart. REPORT.AZ/ Ukrayna və Türkiyə ukraynalılar üçün Türkiyə kurortlarında istirahətin ucuzlaşdırılması barədə razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Ankarada keçirilən görüşündən sonra məlumat verib.

"Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi, o cümlədən Ukrayna vətəndaşlarının Türkiyə kurortlarına səfərlərinin ucuzlaşdırılmasına dair razılıq əldə etdik", — deyə Poroşenko bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi