Yuxarı

Mövlud Çavuşoğlu: “ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaqla bağlı qərarını dəstəkləyirik”

Türkiyə Trampın qərarını müsbət qarşılayıb
PKK/YPG-PYD terror qruplaşması da daxil olmaqla terror dəstələrinə yer verilməməlidir

Bakı. 21 dekabr. REPORT.AZ/ “ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq haqqında qərarını məmnunluqla qarşılayırıq”.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Suriyadan çıxacaqları barədə imzaladığı qərara münasibət bildirərəkən deyib.

“Xeyli müddətdir terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparırıq. Hesab edirik ki, İŞİD məğlubiyyətə uğrayıb. ABŞ-ın hərbçilərini çıxarmaq qərarını əlaqələndirilməsinə ehtiyac var. Orada boşluq olmamalıdır. PKK/ YPG-PYD terror qruplaşması da daxil olmaqla terror dəstələrinə yer verilməməlidir”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə terrorçu İŞİD qruplaşmasının 4000-dən çox üzvünü zərərsizləşdirib: “Suriyada artıq diqqəti problemin siyasi həllinə yönəltmək lazımdır”.

Qeyd edək ki, dekabrın 19-da Prezident Donald Tramp ABŞ hərbçilərinin və hərbi texnikasının Suriyadan çıxarılmasına dair sənəd imzalayıb. Ötən gün hərbi texnika ilə dolu ilk TIR-lar İraqa gedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi