​Türkiyənin ticarət və gömrük naziri: "Rusiyanın xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına önəmli təsir etməyəcək"

​Türkiyənin ticarət və gömrük naziri: "Rusiyanın xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına önəmli təsir etməyəcək" "Rusiyada meyvə və tərəvəz bahalaşıb"
Region
28 Dekabr , 2015 19:08
​Türkiyənin ticarət və gömrük naziri: Rusiyanın xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına önəmli təsir etməyəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri ölkəmizin iqtisadiyyatına əhəmiyyətli təsir etməyəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi bildirib.

"2014-cü illə müqayisədə bu il Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 38-40 faiz (xüsusi tədbirlərədək - "Report") azalıb. Odur ki, bu itki Türkiyə iqtisadiyyatına elə də ciddi təsir etməyəcək. Bununla belə, Türkiyə hökuməti hadisələrin müxtəlif istiqamətdə inkişafına uyğun ssenarilər hazırlayıb. Türkiyə kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapılır, öz istehsalçılarımızı dəstəkləmək məqsədilə tədbirlər görülür", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Rusiyanın tətbiq etdiyi tədbirlər hər iki ölkənin əhalisinin maraqlarına ziyan vurub: "Rusiyada meyvə və tərəvəz bahalaşıb. Ümid edirəm ki, ölkələrimiz arasındakı mövcud vəziyyət uzun sürməyəcək".

O, yaxın zamanda Rusiya ilə energetika sahəsində böhranın yaranmayacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi