Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb

Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb Əməliyyatda təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir
Region
24 Fevral , 2016 23:18
Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus `F-16` təyyarələri Şimali İraqda terrorçu PKK təşkilatının mövqelərinə zərbə endirib.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, terrorçu PKK təşkilatının Kandil dağı və ətrafındaki bölgələrdə sığınacaqlar və silah anbarları bombalanıb.

Əməliyyatda təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi