Türkiyə terrorçuların nəzarəti altında olan bölgəyə zirehli texnika cəmləyib

Türkiyə terrorçuların nəzarəti altında olan bölgəyə zirehli texnika cəmləyib Onların əlində 2 “Tomahawk” raketi də var
Region
1 May , 2017 15:29
Türkiyə terrorçuların nəzarəti altında olan bölgəyə zirehli texnika cəmləyib

Bakı. 1 may. REPORT.AZ/ Türkiyə Suriyanın Tel-Abyad sərhədyanı əyalətinin qarşı tərəfindəki Tatlıca, Hürriyet və Öncül yaşayış məntəqələrinə zirehli texnika cəmləyib. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hazırda beton bloklardan ibarət divar tikintisi də davam edir.

Məlumata görə, Tel-Abyad əyaləti hazırda terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD və YPG silahlılarının nəzarəti altındadır. Aprelin 27-də Suriyanın şimalından PYD və YPG silahlıları Türkiyənin Akçakale bölgəsindəki Təkce sərhəd polis məntəqəsinə havadan raket atıblar.

Xəbərdə bildirilib ki, Tel-Abyadda üzü maskalı 15 nəfərlik qrup bu terrorçulara təlimat verir.

Xarici dövlətlərin silahlandırması nəticəsində YPG-nin 4 tankı, 24 zenit-raket qurğusu, “Doçka” quraşdırılmış 23 avtomobili var. Bu terrorçu dəstənin 2 pilotsuz uçan aparatı da var. Türkiyənin vuracağından ehtiyat edərək hələlik onlardan istifadə etmirlər.

Xəbərdə bildirilib ki, onların əlində 2 “Tomahawk” raketi də var. Qeyd edək ki, bu, ABŞ-ın Bəşşar Əsədin Suriyanın Şayrat bölgəsi yaxınlığındakı aviabazasına atdığı raketdir. 

Son xəbərlər

Orphus sistemi