Türkiyə ordusu 53 döyüş təyyarəsi ilə terrorçuların düşərgələrini bombalayıb

Türkiyə ordusu 53 döyüş təyyarəsi ilə terrorçuların düşərgələrini bombalayıb İlkin məlumatlara əsasən, 6 saat davam edən əməliyyatda 40-a yaxın terrorçu məhv edilib
Region
8 Sentyabr , 2015 11:50
Türkiyə ordusu 53 döyüş təyyarəsi ilə terrorçuların düşərgələrini bombalayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçu PKK-nın 20 hədəfini vurması nəticəsində 40-a yaxın terrorçu məhv edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, terrorçuların İraqın şimalındakı Kandil, Hakkurk, Avaşın, Metina, Basyan, Gare və Zap dağlarındakı düşərgələri bombalanıb. Əməliyyat yerli vaxtla gecə 23.00-dan səhər 05.00-dək davam edib. 

Türkiyədən qaçan 20-25 terrorçudan ibarət qrup da atəşə tutulub. İlkin məlumatlara əsasən, 40-a yaxın terrorçu məhv edilib.

Bununla belə təsbit edilən hədəflər vurularkən, çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi də bildirilib.

Əməliyyatda 53 "F-16" və "F-4" döyüş təyyarələrindən istifadə edilib. 

Son xəbərlər

Orphus sistemi