Yuxarı

Türkiyə tərəfi 4 terrorçu kamikadzenin axtarışına başlayıb

Suriyadan Türkiyə ərazisinə daxil olan kamikadzelərdən yalnız birisi xarici ölkə vətəndaşıdır

Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyə tərəfi biri qadın olmaqla 4 terrorçu kamikadzenin axtarışına başlayıb.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə yayılmış məlumatlarda bildirilir ki, Suriyadan Türkiyə ərazisinə daxil olan kamikadzelərdən yalnız birisi xarici ölkə vətəndaşıdır. Bu Qazaxıstan sakini Valentina S.-dir. Digər üç nəfər isə türkdür.

Ölkə KİV-ləri axtarışda olduqları qeyd edilən kamikadzelərdən fotolarını yayıb.

İddiaya görə, İŞİD liderləri bu kamikadzelərə Türkiyədə iri miqyaslı terror aktları törədmə tapşırığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi