Türkiyə Təhlükəsizlik Şuras​ı ordunun Suriyaya daxil olmasını müzakirə edəcək

Türkiyə Təhlükəsizlik Şuras​ı ordunun Suriyaya daxil olmasını müzakirə edəcək Yığıncağın 7 saatadək davam edəcəyi gözlənilir
Region
29 İyun , 2015 11:30
Türkiyə Təhlükəsizlik Şuras​ı ordunun Suriyaya daxil olmasını müzakirə edəcək

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasında ölkə Silahlı Qüvvələrinin Suriya ərazisinə daxil olması məsələsi müzakirə ediləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Bu gün Bakı vaxtı ilə saat 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident sarayında Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Məlumatda bildirilib ki, R.T.Ərdoğan toplantı iştirakçılarına iftar da verəcək. Bu səbəbdən də yığıncağın 7 saatadək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə həmsərhəd bölgəsi tam nəzarətsizdir. Ora gah terrorçu İŞİD, gah kürd terrorçu qrupları, gah da Bəşşar Əsədə məxsus silahlılar nəzarət edir. Belə bir vəziyyətin Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etdiyi təsdiqlənib. Məlumata əsasən, bu təhlükələrin qarşısını almaq məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin həmin əraziyə müdaxilə etməsi gündəliyə gəlib. 

Son xəbərlər

Orphus sistemi