​Türkiyə tarixində ən böyük narkotik əməliyyatı keçirilib

​Türkiyə tarixində ən böyük narkotik əməliyyatı keçirilib Qaçaqçıların məqsədi narkotik maddələri Türkiyədən dəniz yolu ilə Körfəz dövlətlərinə aparmaqmış
Region
20 Noyabr , 2015 12:28
​Türkiyə tarixində ən böyük narkotik əməliyyatı keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyənin Hatay bölgəsində iki ayrı yerdə keçirilən əməliyyat nəticəsində 10 milyon 926 min ədəd narkotik həb aşkarlanaraq götürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ölkə tarixində keçirilən ən böyük narkotik həb əməliyyatı sayılır.

Xəbərdə bildirilib ki, əməliyyat zamanı xüsusi təlim keçmiş itlərdən də istifadə edilib.

Suriyada istehsal edilən narkotik həblər qaçaq yolla Türkiyəyə gətirilib. Qaçaqçıların məqsədi narkotik maddələri Türkiyədən dəniz yolu ilə Körfəz dövlətlərinə aparmaq olub.

Həblər 1300 boş maşın yağı süzgəcinə qablaşdırılıb. Narkotik qaçaqmalçılığına görə 3 nəfər saxlanılıb. Onlardan ikisi Türkiyə vətəndaşı, biri isə suriyalıdır. 

Son xəbərlər

Orphus sistemi