Yuxarı

Türkiyə tankları İŞİD-in nəzarəti altında olan daha bir bölgəyə daxil olub

Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Türkiyənin Kilis əyalətinin Əlibəyli sərhəd kəndindən keçərək, Çobanbəy bölgəsinin mərkəzinə doğru hərəkət edib.

Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan Cerablusdakı "Fırat kalkanı" əməliyyatından sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.

Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.

Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün "Fırat kalkanı" antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi