Türkiyə tankları İŞİD-in nəzarəti altında olan daha bir bölgəyə daxil olub

Türkiyə tankları İŞİD-in nəzarəti altında olan daha bir bölgəyə daxil olub Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir
Region
3 Sentyabr , 2016 15:19
Türkiyə tankları İŞİD-in nəzarəti altında olan daha bir bölgəyə daxil olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Türkiyənin Kilis əyalətinin Əlibəyli sərhəd kəndindən keçərək, Çobanbəy bölgəsinin mərkəzinə doğru hərəkət edib.

Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan Cerablusdakı "Fırat kalkanı" əməliyyatından sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.

Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.

Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün "Fırat kalkanı" antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.

Son xəbərlər

Orphus sistemi