​Türkiyə Suriyaya hərbi müdaxiləyə hazırlıqla bağlı ittihamlara cavab verib

​Türkiyə Suriyaya hərbi müdaxiləyə hazırlıqla bağlı ittihamlara cavab verib Davudoğlu Moskvanın bu yolla öz "cinayətlər"ini gizlətməyə çalışdığını bildirib
Region
5 Fevral , 2016 04:59
​Türkiyə Suriyaya hərbi müdaxiləyə hazırlıqla bağlı ittihamlara cavab verib

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyə hökuməti ölkənin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşması ilə bağlı ittihamları cavablandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qonşu ölkənin baş naziri Əhməd Davudoğlu Moskvanın bu cür bəyanatlarla özünün ərəb ölkəsindəki "cinayətlər"ini gizlətməyə çalışdığını bildirib.

Eyni zamanda baş nazir buna konkret misal gətirməyib.

Cümə axşamı Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin Suriyaya iri miqyaslı hərbi müdaxiləyə hazırlaşmasına dair ehtimal irəli sürüb. İdarə rəsmisi İqor Konaşenkov, xüsusilə Türkiyə Silahlı qüvvələrinin ərəb dövləti ilə sərhəd rayonlarda əhəmiyyətli hərbi hazırlıqlarının getdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi