Türkiyə Suriyalı qaçqınlar üçün yeni çadır şəhərciyi yaradır

Türkiyə Suriyalı qaçqınlar üçün yeni çadır şəhərciyi yaradır Türkiyə ilə sərhədin yaxınlığında qurulan şəhərcikdə 30 minə yaxın insan toplaşıb
Region
9 Fevral , 2016 06:03
Türkiyə Suriyalı qaçqınlar üçün yeni çadır şəhərciyi yaradır

Bakı. 9 fevral. REPORT.AZ/ Suriyanın Hələb vilayətində davam edən şiddətli döyüşlərdən qaçaraq Türkiyə ilə sərhəd rayonlara toplaşan on minlərlə Suriyalı üçün çadır şəhərciyi qurulacaq.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə rəsmiləri məlumat veriblər.

Sayıları 25-30 min olan qaçqınların Türkiyə ərazisinə ancaq "fövqəladə hallarda" keçə biləcəyini bildirən Ankara rəsmiləri, hazırda ölkə ərazisində 2.7 milyon suriyalının olduğuna diqqət çəkiblər.

Bununla belə, Türkiyə ilə sərhədin yaxınlığında qurulan çadır şəhərciyinə ərzaq və dərman yardımı Türkiyədən göndərilir. 

Son xəbərlər

Orphus sistemi