Türkiyə Suriyadan raket atəşinə tutulub: 1 nəfər ölüb, 54-ü yaralanıb

Türkiyə Suriyadan raket atəşinə tutulub: 1 nəfər ölüb, 54-ü yaralanıb Mərmilər Reyhanlı və Kilis şəhərlərinə düşüb
Region
22 Yanvar , 2018 01:11
Türkiyə Suriyadan raket atəşinə tutulub: 1 nəfər ölüb, 54-ü yaralanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

"PYD terrorçuları tərəfindən Hatay əyalətinin Reyhanlı şəhərinə 11 raket atılıb. Onlardan 9-u şəhər ərazisinə düşüb. Nəticədə 47 nəfər yaralanıb. Onlardan 30-u Türkiyə, 17-si isə Suriya vətəndaşıdır. Yaralıların hamısı şəhər xəstəxanasına aparılıb. Bir Suriya vətəndaşı ölüb, 4 nəfər xəstəxanada müalicəsini davam etdirir, 42 nəfər evə buraxılıb", - deyə bəyanatda bildirilir.

Kilis administrasiyasının məlumatına görə, bu şəhər də Suriyanın Afrin bölgəsindən raket atəşinə məruz qalıb. Burada 4 raket partlayıb, nəticədə 7 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi