Yuxarı

​Türkiyə Suriyadakı əsgərlərini xilas etmək üçün əməliyyat həyata keçirib

Əməliyyat zamanı türk ordusunun bir əsgəri həlak olub

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyə ordusu Osmanlı imperiyası sultanlarının əcdadı sayılan Süleyman Şahın məqbərəsini qoruyan 40 əsgərini Suriyadan təxliyə etmək üçün uğurlu əməliyyat həyata keçirib.

"Report" Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyat fevralın 22-nə keçən gecə, quru və hava bölmələrinin iştirakı ilə təşkil olunub.

Əməliyyatda ümumilikdə 750 hərbçi iştirak edib.

"Reuters"in məlumatına görə, əməliyyat zamanı türk ordusunun bir əsgəri həlak olub.

2014-cü ilin sentyabrında "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Hələb şəhərində Süleyman Şahın məqbərəsini qoruyan türk hərbçilərini əsir götürmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi