Yuxarı

Türkiyə Suriyada daha bir hərbçisini itirib

Hadisə Əl-Quz yaşayış məntəqəsində terrorçularla döyüş zamanı baş verib

Bakı. 29 yanvar. REPORT.AZ/ İŞİD terrorçularının Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatına dəstək verən Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücumu nəticəsində bir türk hərbçisi həlak olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Terrorçularla toqquşma yanvarın 29-u səhər saatlarında Əl-Quz yaşayış məntəqəsi ərazisində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi