Türkiyə-Suriya sərhədində türk çavuş qaçırılıb

Türkiyə-Suriya sərhədində türk çavuş qaçırılıb Onun İŞİD, PKK-nın Suriya qolu və ya qaçaqmalçılar tərəfindən qaçırıldığı və ev həbsində tutulduğu ehtimal edilir
Region
3 Yanvar , 2015 16:21
Türkiyə-Suriya sərhədində türk çavuş qaçırılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyə-Suriya sərhədindəki postlardan birində xidmət keçən türk çavuş qaçırılıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə iki gün öncə Kilis rayonunun Yavuzlu kəndində baş verib. 

Belə ki, Türkiyə Silahlı Qüvvələrinin hərbiçisi qaçaqmalçıları yaxalamaq üçün Suriyaya tərəfə keçib, ancaq geri dönməyincə qaçırıldığı barədə həyacan siqnalı verilib. 

Türk çavuşun İŞİD, PKK-nın Suriya qolu (PYD) və ya qaçaqmalçılar tərəfindən qaçırıldığı və ev həbsində tutulduğu ehtimal edilir. Xəbər hərbi mənbələr tərəfindən də təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi