​Türkiyə Suriya kürdlərini zərbə endirəcəyi ilə hədələyib

​Türkiyə Suriya kürdlərini zərbə endirəcəyi ilə hədələyib Ərdoğan onların muxtariyyət yaratmasına mane olmq üçün "nə lazımdırsa edəcək"lərini bildirib
Region
29 Oktyabr , 2015 07:00
​Türkiyə Suriya kürdlərini zərbə endirəcəyi ilə hədələyib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyə ABŞ-ın "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə dəyərli müttəfiq hesab etdiyi Suriya kürdlərini zərbə endirəcəyi ilə hədələyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu bəyanatla çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O bildirib ki, Ankara ABŞ-ın dəstəklədiyi Suriya kürdləri tərəfindən Türkiyə sərhədləri yaxınlığında yerləşən Təll-Abyad şəhərində muxtariyyət yaratmasına mane olmq üçün sonradan hərbi əməliyyatların aparılması da daxil olmaqla, "nə lazımdırsa edəcək".

"Nəzərə alın. Əgər bunu digər yerdə etməyə çalışsanız, Türkiyəyə kimdənsə icazə almaq lazım olmayacaq, biz nə lazımdırsa edəcəyik", – deyə Ərdoğan qeyd edib.

Son xəbərlər

Orphus sistemi