Yuxarı

​Türkiyə Suriya ilə sərhədə yeni RƏM sistemi yerləşdirməyi planlaşdırır

Sistem ölkənin cənubunda yerləşən Kilis əyalətində quraşdırılacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyə Suriya ilə sərhədində yeni raket əleyhinə müdafiə sistemini sınaqdan çıxartmaq və yerləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən Amerikanın "Defense News" portalı məlumat yayıb.

Portalın məlumatına görə, Türkiyə hakimiyyəti "Serhat" minaatan əleyhinə radar sistemi, HIMARS operativ-taktiki təyinatlı raket-artilleriya sistemi quraşdırmağı planlaşdırır, həmçinin sərhədin təqribən 70 kilometr hissəsi boyunca kiçik dirijabllar keşik çəkəcək.

Mənbələrin məlumatına görə, RƏM sistemi ölkənin cənubunda yerləşən Kilis əyalətində, Elbəyli şəhərində sərhəd-buraxılış məntəqəsi yaxınlığında quraşdırılacaq. Bu sistemin, həmçinin Qaziantep, Hatay, Şanlıurfa və Mardinin müdafiəsinin təşkilinə kömək edəcək.

Suriya və Türkiyə arasında sərhədin ümumi uzunluğu təqribən 900 km-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi