​Türkiyə Suriya ilə sərhədə ağır texnika yerləşdirib

​Türkiyə Suriya ilə sərhədə ağır texnika yerləşdirib Tank və toplar Suriyaya tuşlanıb
Region
17 Fevral , 2016 13:19
​Türkiyə Suriya ilə sərhədə ağır texnika yerləşdirib

Bakı. 17 fevral. REPORT.AZ/ Türk Silahlı Qüvvələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsinə tank, zirehli avtomobil, artilleriya bateryası göndərib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hərbi texnika Türkiyənin Yüksəktəpə sərhəd məntəqəsinə yerləşdirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bölgəyə jandarm, əsgərlər də göndərilib.

Xəbərdə bildirilib ki, "Fırtına" adlı qaubitslar, tank və toplar Suriyaya doğru tuşlanıb.

İnformasiyalara əsasən, Suriyadan gələn qaçqın axını ilə bağlı təhlükəsizliyin təmin olunması üçün Kilisə 15 min əsgər göndərilib.

Son xəbərlər

Orphus sistemi