Yuxarı

​Türkiyə Suriya ilə sərhəd bölgəsinə hərbi texnika və canlı qüvvə cəmləşdirib

Bunda səbəb həmin ərazidə İŞİD-in fəallaşması göstərilib

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəd bölgəsinə zirehli texnika, tank, Hava Hücumundan Müdafiə sistemi qurğuları və canlı qüvvə cəmləşdirib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Ordu və texnikanın həmin əraziyə cəmləşdiriliməsinə səbəb Suriyanın Hələb və Azez şəhərlərində İŞİD-in fəallaşması nəticəsində Türkiyəyə yaxın sərhəd bölgəsində gərginliyin artması göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi