Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb

Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Türkiyə Daxili İşlər Nazirliyinin sərəncamına verilib
Region
28 İyul , 2016 14:34
Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı fövqəladə vəziyyət çərçivəsində alınması zəruri olan tədbirlərlə bəzi idarə və təşkilatlarda tənzimləmələrə dair qanun hökmündə fərman rəsmi qəzetdə dərc olunub. 

Sənədə əsasən, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Silahlı Qüvvələrdən alınaraq Türkiyə Daxili İşlər Nazirliyinin sərəncamına verilib. 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra güc strukturlarında islahatlar başlayıb. Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) da Silahlı Qüvvələrdən alınaraq Türkiyə Səhiyyə Nazirliyinin tabeliyinə veriləcəyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi