Yuxarı

​Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olunması üçün əməliyyat başlayır

Xüsusi təyinatlı polis qüvvələri Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə toplaşıb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə polisi Silahlı Qüvvələrin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olması üçün əməliyyat hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, Antalya, Niğdə və digər bölgələrdən göndərilən xüsusi təyinatlı polis qüvvələri Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə toplaşıb. Burada aparılacaq planlaşdırmadan sonra polis qüvvələrinin çevrilişə cəhd edənləri həbs etmək üçün Silahlı Qüvvələrin Baş Qərargahında əməliyyat keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi